Aİ İŞİD və Əl-Qaidə terror təşkilatlarına qarşı sanksiyaları uzadıb

Terror təşkilatları ilə mübarizə Avropanın gündəmində...

Avropa İttifaqı İŞİD və Əl-Qaidə terror təşkilatlarına, habelə bu təşkilatlarla əlaqəsi olan şəxslərə, qruplara və təşkilatlara qarşı sanksiyaların müddətini 31 oktyabr 2026-cı ilə qədər uzadıb.

AB Şurasından verilən açıqlamada hazırda sanksiya siyahısında olan 15 şəxs və 7 qrupun qərardan təsirlənəcəyi bildirilib.

Bəyanatda İŞİD və Əl-Qaidə terror təşkilatlarına, eləcə də onlara bağlı şəxslərə, qruplara və təşkilatlara qarşı tətbiq edilən sanksiyaların 31 oktyabr 2026-cı il tarixinə qədər uzadıldığı qeyd edilərək, "Aİ terror hücumlarını planlaşdırmaq, maliyyələşdirmək və dünyada terrorizmi təbliğ etmək və həyata keçirməklə beynəlxalq sülh və təhlükəsizliyi təhdid edənlərə qarşı tədbir görməkdə qərarlıdır ",-vurğulanıb.

Mövsüm,

AzNews.az