- Dünyanın halı
- 10:18
- 1 566
İllinoys ştatında Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunub
Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən İllinoys və ətraf ştatlarda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti həyata keçirilib.
Aznews.az xəbər verir ki, bu çərçivədə 30-dan çox vətəndaş müxtəlif konsulluq xidmətlərindən yararlanıb.
Onlar ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış şəhadətnaməsi"nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı, notariat hərəkətləri, vətəndaşlıq məsələləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və sənədlərin sorğu əsasında alınması üçün müraciət ediblər.
Səyyar konsulluq xidmətinin əsas məqsədi ABŞ-də yaşayan həmvətənlərimizin konsulluq xidmətlərinə əlçatanlığını artırmaq və prosedurların daha operativ şəkildə həyata keçirilməsini təmin etməkdir.
Qeyd edək ki, ənənəvi konsulluq xidmətləri artıq bir neçə ildir ki, ABŞ-nin müxtəlif şəhər və ştatlarında həyata keçirilir.