- Dünyanın halı
- 18:34
- 1 036
Putin və Tokayev strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Bəyannamə imzalayıb
Rusiya və Qazaxıstan münasibətlərinin hərtərəfli strateji tərəfdaşlığa və müttəfiqliyə keçidi haqqında Bəyannamə imzalanıb.
Aznews.az xəbər verir ki, sənəd Kremldə keçirilən Vladimir Putin və Kasım Jomart Tokayev danışıqlarının yekununda imzalanıb.
Putin bildirib ki, ölkələrin qarşılıqlı ticarətində milli valyutaların payı 90%-i keçib.
Putin qeyd edib ki, Qazaxıstanda rus dilinin geniş və sərbəst istifadəsi Rusiya üçün məmnunluq mənbəyidir.
Tokayev isə atom elektrik stansiyasının tikintisi layihəsi də daxil olmaqla, Rosatom ilə səmərəli əməkdaşlığı qeyd edib.