Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb

2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb.

Aznews.az xəbər verir ki, tədbir Yunanıstandakı Qədim Olimpiya Arxeologiya Muzeyində baş tutub.

Olimpiya məşəlinin alovlandırılması mərasimində Yunanıstan Prezidenti Konstantinos Tasulas, Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Kirsti Koventri və digər rəsmi şəxslər də iştirak ediblər.

Pis hava şəraiti səbəbindən tədbir Qədim Olimpiya stadionundan Arxeologiya Muzeyinə köçürülmüşdü.

Qeyd edək ki, Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək təşkil olunacaq.