- Dünyanın halı
- 20:33
- 1 909
Türkiyə Ordusu il ərzində terrorçulara aid 308 mağara və sığınacağı məhv edib
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya 2025-ci il ərzində terrorla mübarizə çərçivəsində görülən işlərə dair hesabat verib.
Aznews.az xəbər verir ki, Ali Yerlikaya bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, terrorla mübarizə çərçivəsində Türkiyənin pilotsuz uçuş aparatları (PUA) və kəşfiyyat təyyarələri 44 min 157 saat uçuş həyata keçirib.
"Terrorçulara aid 308 mağara və sığınacaq məhv edilib. 10-u Diyarbəkir analarının övladları olmaqla 103 terrorçu xaricdən gələrək hüquq mühafizə orqanlarına təslim olub. Bundan başqa, 30 terror aktının qarşısı alınıb. Terrorçu kimi axtarışda olan 439 nəfər saxlanılıb. Qırmızı bülletenlə axtarılan 7 şəxsin ölkəyə ekstradisiyası təmin olunub. Terror aktlarında günahlandırılan 71 nəfər axtarışa verilib", - Ali Yerlikaya qeyd edib.