İsrail Livana hava zərbələri endirib

İsrail müdafiə ordusu Livanın cənubunda "Hizbullah" qruplaşmasının ehtimal olunan raket buraxılış meydançalarına növbəti hava zərbələri endirdiyini açıqlayıb.

Bu barədə Aznews.az İsrail KİV-inə istinadən xəbər verir.

"İsrail Livanın cənubunda bir neçə rayonda "Hizbullah"ın bir sıra raket buraxılış meydançalarına zərbələr endirib", - İsrail müdafiə ordusunun teleqram kanalında bildirilib.

Bundan əlavə, İsrail müdafiə ordusu iddia edir ki, qruplaşma tərəfindən istifadə edilən binalar və digər infrastruktur obyektləri məhv edilib.

2024-cü ilin noyabrında İsrail və "Hizbullah" arasınd atəşkəs əldə olunub. Bu razılaşmaya görə, qruplaşma İsrailə hücumlar üçün istifadə edilə biləcək infrastrukturun bərpasına cəhd etməyəcək. İsrail müdafiə ordusunun isə onların təhlükəsizliyinə təhdid yaradıldığı zaman "Hizbullah" döyüşçülərinə zərbələr endirmək hüququ var.

Aznews.az