Bu ilin iqlim fəlakətlərinin zərəri 120 milyard dolları keçib

2025-ci ildə dünyada baş verən ən böyük 10 iqlim fəlakətinin sığorta zərərləri 120 milyard dollardan çox olub.

Aznews.az xarici KİV-ə istinadən xəbər verir ki, ən dağıdıcı hadisələrdən biri payızda Cənub-Şərqi Asiyada baş verən siklonlar və daşqınlar olub. Bu fəlakətlər 1750-dən çox insanın ölümünə və 25 milyard dollarlıq ziyana səbəb olub. Kaliforniyada meşə yanğınları 400 nəfərin həyatına son qoyub, 60 milyard dollarlıq zərər vurub.

Çində daşqınlar nəticəsində minlərlə insan evsiz qalıb, təxminən 12 milyard dollar maddi ziyan və ən azı 30 ölüm qeydə alınıb. Filippindəki tayfunlar isə 1,4 milyondan çox insanı evsiz qoyub və 5 milyard dollar zərərə səbəb olub.

Digər fəlakətlər arasında İranda quraqlıq, Nigeriyada və Konqo Demokratik Respublikasında daşqınlar, Hindistan və Pakistanda isə 1860 nəfərin ölümünə səbəb olan daşqınlar da var. Pakistanda 7 milyondan çox insan bu hadisədən təsirlənib.

İnkişaf etmiş ölkələrdə də iqlim hadisələri diqqət çəkib: İberiyada rekord yanğınlar, Kanadada quraqlıq, Şotlandiyada isə rekord istilər qeydə alınıb.