- İşin içi
- 19:06
- 1 160
Yanvar-noyabr aylarında Azərbaycandan Danimarkaya ixrac olunan neftin həcmi açıqlanıb
Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Danimarkaya ümumilikdə 49,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 88,2 min ton xam neft və neft məhsulları ixrac olunub.
Aznews.az xəbər verir ki, Məlumata görə, ötən il Azərbaycandan Danimarkaya neft ixrac olunmayıb.
Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib
Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.