- Dünyanın halı
- 13:30
- 1 814
"Yuventus" "Genoa" komandasının transfer təklifini geri çevirib
İtaliya təmsilçisi "Yuventus" A Seriyasının digər komandası "Genoa"nın transfer təklifini geri çevirib.
Aznews.az xarici KİV-ə istinadən xəbər verir ki, "Genoa" kollektivi "ağ-qaralar"ın qapıçısı Mattiya Perinanı sıralarına qatmaq istəsə də, turinlilər razılaşmayıblar.
Bununla da "qırmızı-mavi"lər qapıçı mövqeyi üçün digər variantları nəzərdən keçirirlər.
Qeyd edək ki, 33 yaşlı Mattiya Perina cari mövsüm bütün turnirlərdə 4 oyun keçirib və 6 qol buraxıb.
O, "Genoa" komandasının yetirməsidir və 2018-ci ildə 16,3 milyon avroya "Yuventus"a transfer olunub.