"Napoli" icarəyə götürdüyü futbolçunu birdəfəlik heyətinə qatacaq

İtaliyanın "Napoli" klubu İngiltərə təmsilçisi "Mançester Yunayted"dən icarəyə götürdüyü Rasmus Heylunnu tam şəkildə heyətinə qatacaq.

Aznews.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin idman direktoru Covanni Manna açıqlama verib.

O, hücumçunun komanda üçün vacib oyunçu olduğunu və satınalma bəndinin aktivləşəcəyini söyləyib.

Qeyd edək ki, danimarkalı forvardın icarə sözləşməsi yayda başa çatır. O, bu mövsüm "Napoli"də 19 matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.