- Dünyanın halı
- 16:37
- 707
Almaniyada Yeni il gecəsində iki nəfər ölüb, 400 nəfər həbs edilib
Almaniyada Yeni il bayramı zamanı fişənglərin istifadəsi nəticəsində ən azı iki nəfər həlak olub, yüzlərlə insan qısa müddətlik saxlanılıb.
Aznews.az xəbər verir ki, bu barədə "Spiegel" Berlin polisinə istinadən məlumat yayıb.
"Yeni il səhərinə qədər paytaxt Berlində təxminən 400 nəfər müvəqqəti saxlanılıb. Ən azı 24 polis əməkdaşı yaralanıb. Polis, yanğınsöndürənlər və xilasetmə xidmətləri bütün ölkə ərazisində səfərbər edilib. Almaniyada bu dəfə ən böyük açıq hava şənlikləri Berlindəki Brandenburq qapısında, Hamburq limanında və Münxenin mərkəzində baş tutub", - məlumatda qeyd edilib.