- Dünyanın halı
- 17:37
- 933
Qabon yığmasının fəaliyyəti dayandırılıb, məşhur futbolçusu heyətdən uzaqlaşdırılıb
Futbol üzrə Qabon yığmasının texniki heyəti, məşqçiləri buraxılaraq fəaliyyəti ikinci bildirişə qədər dayandırılıb.
Aznews.az xəbər verir ki, buna səbəb komandanın Mərakeşdə təşkil edilən Afrika Millətlər Kubokundakı uğursuzluğu olub.
Bu barədə ölkənin idman işləri üzrə səlahiyyətli naziri Simplis - Dezir Mamboula elan verib. O, həmçinin iki aparıcı oyunçunun – Bruno Ekuele Manqa və Pyer-Emerik Obameyanqın komandadan kənarlaşdırıldığını bildirib.
Qeyd edək ki, F qrupunda Fil Dişi Sahili, Kamerun və Mozambiklə mübarizə aparan Qabon millisi qrup mərhələsində keçirdiyi bütün oyunlarda məğlub olub.