ABŞ Çinin Tayvan yaxınlığında keçirdiyi hərbi təlimlərə cavab verib

Çinin Tayvan sahillərində keçirdiyi hərbi təlim bölgədə gərginliyə səbəb olub.

ABŞ Çinin bu addımına mənfi reaksiya verib.

ABŞ Dövlət Departamenti bildirib ki, " Çinin hərbi fəaliyyəti və Tayvana və bölgədəki digər aktorlara qarşı ritorikası gərginliyi lazımsız şəkildə artırır".

Nazirliyin veb saytında dərc edilən açıqlamada Pekin hökumətinə "təmkinli olmağa, Tayvana hərbi təzyiqi dayandırmağa və bunun əvəzinə mənalı dialoqa girməyə" çağırış edilib.

Bəyanatda davam edilir : "Amerika Birləşmiş Ştatları Tayvan boğazı boyunca sülh və sabitliyi dəstəkləyir və status-kvonun güc və ya məcburiyyət yolu ilə birtərəfli şəkildə dəyişdirilməsinə qarşı çıxır".

Həmçinin bildirək ki, Çin ordusu 29-30 dekabr tarixlərində Tayvanın şimal, cənub-qərb, cənub-şərq və şərq bölgələrində iki günlük genişmiqyaslı hərbi təlimlər keçirib.

Mövsüm,

AzNews.az