- Dünyanın halı
- 12:11
- 745
Hind okeanının Cənub-Şərqi Hind silsiləsində 6 bal gücündə zəlzələ qeydə alınıb
Hind okeanının Cənub-Şərqi Hind silsiləsi bölgəsində 6 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yerli vaxtla saat 04:53-də qeydə alınan zəlzələnin episentri Cənub-Şərqi Hind silsiləsində yerləşib.
Bildirilib ki, yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib və bu zəlzələ yeni ilin bu gücdə qeydə alınan ilk zəlzələsi olub.
Hind okeanının cənub-şərqində seysmik aktivliyə təsir göstərə biləcəyi qeyd olunan 6 bal gücündə zəlzələnin episentri yaşayış məntəqələrindən uzaqda yerləşdiyi üçün hər hansı dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib.
Qeyd edək ki, Cənub-Şərqi Hind silsiləsi tektonik plitələrin yavaş-yavaş bir-birindən uzaqlaşması nəticəsində formalaşmış sualtı dağ silsiləsi kimi tanınır.
Mövsüm,
AzNews.az