- Dünyanın halı
- 13:20
- 1 637
Taylandda Yeni il tətili günlərində baş verən yol qəzalarında təxminən 100 nəfər ölüb
Yeni il tətilinin ilk günlərində Taylandda yol qəzalarında təxminən 100 nəfər həlak olub.
Bu barədə Tayland Milli Xəbərlər Bürosu ölkənin yol təhlükəsizliyi mərkəzinin Facebook səhifəsinə istinadən məlumat yayıb.
Hesabatda deyilir: “Üç gün ərzində hakimiyyət orqanları 684 yol qəzası qeydə alıb, nəticədə 774 nəfər yaralanıb, 91 nəfər ölüb”.
Qəzaların əsas səbəbi sürət həddinin aşılması olub və ən çox motosikletlər qəzaya düşüb. Qəzaların əksəriyyəti yolun düz hissələrində baş verib. Ən çox ölüm hadisəsi Banqkokda, eləcə də Xon Kaen və Nakhon Ratçasima əyalətlərində qeydə alınıb. Bununla belə, hakimiyyət orqanları ötən ilin eyni dövrü ilə müqayisədə qəzaların ümumi sayında azalma olduğunu qeyd ediblər.
Mövsüm,
AzNews.az