Starlink peykləri Çin kosmik stansiyası üçün təhlükə yaradır

Çində Starlink peyklərinin təhlükəsizlik üçün təhdid yaratdığı bildirilib.

“South China Morning Post” qəzetinin məlumatına görə, ölkə nümayəndəsi BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı bu aparatların bir neçə dəfə Çin kosmik stansiyası ilə təhlükəli dərəcədə yaxınlaşdığını qeyd edib.

Bildirilib ki, peyklərdən birinin dağılması ilə bağlı hal da qeydə alınıb. Mütəxəssislərin vurğuladığına görə, Starlink peykləri hava məkanını və ölkələrin qanunvericiliyini nəzərə almır.

Çin tərəfi hesab edir ki, bu peyklər terror məqsədləri də daxil olmaqla hərbi kəşfiyyat üçün istifadə oluna bilər. Pekinin mövqeyinə əsasən, bu cür fəaliyyətlər kosmosda silahlanma yarışının daha da kəskinləşməsi riskini artırır.

Mövsüm,

AzNews.az