İrana hücumları davam etdirmək üçün kifayət qədər vəsait var - ABŞ maliyyə naziri

ABŞ administrasiyasının İrana qarşı əlavə hərbi əməliyyatları maliyyələşdirmək üçün kifayət qədər vəsaiti var.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent "NBC" telekanalına müsahibəsində deyib.

"Bu müharibəni maliyyələşdirmək üçün kifayət qədər pulumuz var", - deyə o bildirib.

Bessent qeyd edib ki, ABŞ administrasiyası ordu üçün əlavə vəsait toplamaq məqsədilə vergiləri artırmağı düşünmür.

AzNews.az