- Dünyanın halı
- 20:09
- 2 051
Kim Yo-conqdan Yaponiyaya sərt xəbərdarlıq: "Sizinlə görüşmək niyyətimiz yoxdur"
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-Conq Yaponiya ilə sammit ehtimalını birmənalı şəkildə rədd edib. Pxenyan rejimi Tokio mövcud siyasətini dəyişməsə, heç bir danışıqların mümkün olmadığını vurğulayıb
Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) tərəfindən yayımlanan bəyanatda Kim Yo-conq, Yaponiya Baş naziri Sanae Takaiçinin ABŞ Prezidenti Donald Tramp ilə martın 19-da Vaşinqtonda keçirdiyi görüşə diqqət çəkib.
Takaiçinin bu görüşdə Şimali Koreya ilə zirvə görüşü keçirmək niyyətinin mətbuata sızdığını bildirən Kim, bunun birtərəfli bir təşəbbüs olduğunu ifadə edib.
Kim Yo-conq bildirib: “Yaponiya Baş naziri tərəfimizdən tanınmayan bir məsələni həll etmək istəyirsə, dövlət rəhbərliyi olaraq onunla nə görüşmək, nə də üz-üzə gəlmək niyyətimiz olmayacaq”.
"Əvvəlcə vərdişlərinizi dəyişin"
İki ölkə arasında yüksək səviyyəli görüşün baş tutması üçün Yaponiyanın mövqeyini dəyişməli olduğunu vurğulayan Kim, Tokio rəhbərliyinin “tarixi axına uyğun gəlməyən təcrübə və vərdişlərindən əl çəkməli” olduğunu söyləyib.
Mövsüm,
AzNews.az