- Dünyanın halı
- 22:22
- 919
Almaniya Şimali Atlantikada hərbi-dəniz qüvvələrini gücləndirir
Almaniya müttəfiqlərini dəstəkləmək məqsədilə Şimali Atlantikada hərbi-dəniz qüvvələrini gücləndirir.
Aznews.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Sinqapura səfəri zamanı açıqlamasında deyib.
O bildirib ki, Böyük Britaniyanın “HMS Dragon” esminesini Aralıq dənizinə göndərməsi ilə əlaqədar Almaniyanın “Sachsen” freqatı NATO-nun daimi dəniz qrupunun flaqman gəmisi kimi fəaliyyət göstərəcək.
B.Pistorius bu məsələnin britaniyalı həmkarı ilə müzakirə olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Böyük Britaniya “HMS Dragon” gəmisini İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatları fonunda Aralıq dənizinin şərq hissəsinə yerləşdirib. Kiprdə yerləşən Britaniya hərbi bazasına pilotsuz uçuş aparatı ilə hücumdan sonra NATO ölkələri - Böyük Britaniya və Fransa regiondakı hərbi mövcudluqlarını artırıblar.
AzNews.az