Çin Yaponiyaya etiraz notası verib

Çin Yaponiyanın paytaxtı Tokioda yerləşən səfirliyinə naməlum şəxsin daxil olması ilə bağlı rəsmi Tokiyoya etiraz notası təqdim edib.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsyan məlumat verib.

Nazirliyin açıqlamasına görə, hadisə martın 24-ü səhər saatlarında baş verib. Özünü Yaponiya Özünümüdafiə Qüvvələrinin zabiti kimi təqdim edən şəxs səfirliyin hasarını aşaraq diplomatik nümayəndəliyin ərazisinə daxil olub.

Mövsüm,

AzNews.az