Bu ölkə hava məkanını yenidən açdı – uçuşlar bərpa olunur

İraq hakimiyyəti ölkənin hava məkanının yenidən açılması barədə qərar qəbul edib.

Bu barədə İraq Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Qurumun açıqlamasına görə, bu gündən etibarən hava məkanı və ölkədəki bütün hava limanları fəaliyyətini bərpa edir.

Bildirilib ki, bu qərar bir həftə davam edən məhdudiyyətlərin aradan qaldırılması deməkdir. Sözügedən fasilə müddətində ölkədə kommersiya uçuşları demək olar ki, tam dayanmışdı.

Sərnişinlərə isə uçuşların vəziyyəti ilə bağlı son məlumatları hava yolları şirkətlərindən dəqiqləşdirmələri tövsiyə olunur.

Mövsüm,

AzNews.az