- Dünyanın halı
- 08:45
- 1 844
Cənubi Koreyanın sabiq prezidenti 30 il həbs cəzası aldı
Yun Sok Yol pilotsuz uçuş aparatlarının (PUA) Şimali Koreya hava məkanına göndərilməsi ilə bağlı iş üzrə 30 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, Seul məhkəməsi sabiq prezidenti Şimali Koreya ilə sərhəddə gərginliyi artırmaq və 2024-cü ilin dekabrında hərbi vəziyyət elan edilməsi üçün zəmin yaratmaq məqsədilə PUA əməliyyatlarının təşkilində təqsirli bilib.
İttihama əsasən, sözügedən pilotsuz aparatların Şimali Koreya hava məkanına daxil olması regionda vəziyyətin daha da kəskinləşməsinə səbəb olub.
Məhkəmə qərarı ilə yanaşı, həmin əməliyyatların həyata keçirilməsində birbaşa iştirak etmiş bir sıra yüksək rütbəli hərbi rəsmilər də müxtəlif müddətlərə həbs cəzalarına məhkum ediliblər.
Bu qərar son illərdə Cənubi Koreyada keçmiş dövlət başçısına qarşı çıxarılan ən sərt məhkəmə hökmlərindən biri hesab olunur.
Mövsüm,
AzNews.az