- Dünyanın halı
- 08:50
- 1 593
Press TV: ABŞ və İran, demək olar ki, razılaşmanın mətnini yekunlaşdırıblar
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Yaxın Şərqdə münaqişənin nizamlanmasına dair mümkün sazişin əsas bölmələri üzrə iş faktiki olaraq başa çatıb.
Onun sözlərinə görə, sənədin mətn hissəsi əsas müddəalar üzrə demək olar ki, tam hazır vəziyyətə gətirilib.
Bəqai qeyd edib ki, danışıqlar prosesində əsas problem ABŞ tərəfinin mövqeyindəki dəyişikliklər olub.
“Mətn baxımından əsas məsələlər üzrə iş demək olar ki, tamamlanıb. Lakin ABŞ-nin ziddiyyətli mövqeləri bu prosesdə daim çətinliklər və ləngimələr yaradıb”, – deyə o vurğulayıb.
Tehran Vaşinqtonu yeni tələblər irəli sürməkdə ittiham edir
İran rəsmisinin sözlərinə görə, Tehran diplomatik prosesə məsuliyyətlə yanaşıb, lakin ABŞ danışıqlar zamanı mövqeyini dəfələrlə dəyişib, yeni və reallıqdan uzaq tələblər irəli sürüb.
Bəqai həmçinin bildirib ki, Vaşinqtonun danışıqlar fonunda hərbi əməliyyatlar həyata keçirməsi etimad mühitinə mənfi təsir göstərib.
İran tərəfi hesab edir ki, mövcud fikir ayrılıqlarının aradan qaldırılması halında sazişin yekunlaşdırılması üçün ciddi imkanlar yaranacaq.
Mövsüm,
AzNews.az