- Dünyanın halı
- 08:59
- 2 024
Yaponiya modernləşdirilmiş raketini fəzaya buraxdı - VİDEO
Yaponiyanın modernləşdirilmiş "H3" daşıyıcı raketi cümə günü səhər sınaq məqsədilə fəzaya buraxılıb.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) xəbər yayıb.
Kosmik aparatın buraxılışı Taneqasima start kompleksindən Tokio vaxtı ilə 09:52-də (Bakı vaxtı ilə 04:52-də - red.) baş tutub.
Faydalı yük qismində raket Günəş-sinxron orbitinə "VEP-5" qabarit-çəki modelini, həmçinin Fransa və Yaponiyaya məxsus altı kiçik peyki çatdırmalıdır.
Sözügedən uçuş 22 dekabr 2025-ci ildə ikinci pillədəki nasazlıq səbəbindən baş verən qəzadan sonra bu raketin ilk buraxılışıdır. Həmin insident nəticəsində "Mitibiki-5" (QZS-5) naviqasiya peyki sıradan çıxmışdı.
Martda aerokosmik agentlik tərəfindən "H3" raketinin "H3-30" modifikasiyasında olan birinci pilləsinin atəş sınaqları icra edilib. Bu növün əvvəlkilərdən fərqi yan bərk yanacaq sürətləndiricilərinin yoxluğu və üç "LE-9" oksigen-hidrogen mühərrikinə malik olmasıdır.