'Bu cür bəyanatlar Rusiyadan silah alan ölkələrdə inamsızlıq yaratmaq niyyəti güdür” 'Bu cür bəyanatlar Rusiyadan silah alan ölkələrdə inamsızlıq yaratmaq niyyəti güdür”

Paşinyan Qərbin tapşırığı ilə Rusiyanın hərb sənayesinə böyük zərbə vurdu - politoloq

'Bu cür bəyanatlar Rusiyadan silah alan ölkələrdə inamsızlıq yaratmaq niyyəti güdür”

"Əvvəlcə unutmayaq ki, Paşinyan Ermənistanda 2 il bundan qabaq uzun illər hakimiyyəti zəbt etmiş səhra komandirləri olan Sərksiyan-Köçəryan çütlüyünü hakimiyyətdən uzaqlaşdırmışdı. Paşınyan hakimiyyətə gələn kimi Köçəryanı həbs etdirdi. Qisasçılıq siyasətini həyata keçirdi".

Bunu Trend-ə BAXCP sədrinin müavini, QHT sədri , siyasi şərhçi Niyaməddin Orduxanlı deyib.

N.Orduxanlı bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən sonra Köçəryan-Sərksiyan çütlüyü bu vəziyyətdən istifadə edib Paşınyanı devirmək istəyir: “Sadəcə, Ermənistanda 10 noyabr - Azərbaycan-Rusiya-Ermənistan dövlətlərinin bəyanatının imzalanmasından sonra demək olar ki, hər gün Paşinyanın əleyhinə bütün müxalifətin mitinqi keçirilir. Ancaq bu mitinqilərə yüz minlər dəstək vermir. Çünki 25 il hakimiyyətdə olan bu cütlük hərbi xunta rejimi qurmuşdular və ermənilər bunların kim olduqlarını yaxşı bilirlər. Xocalıda uşaq qatili olan və özləri hakimiyyətə gələndə Ermənistanda onlarla dinc sakini qətlə yetirən Sərkisyana xalqın kütləvi dəstək verməsi gözlənilmir. Paşinyan müharibədən sonra dəfələrlə müraciətində bildirirdi ki, müharibə dövründə ona tabe olmayan hərbi qüvvələr olub və dövlətə xəyanət ediblər. Uzun illər hakimiyyətdə olan bu qüvvələrin hərbi qüvvələrin tərkibində özlərinin yaxın adamların olması təbiidir. Bunlar Paşinyana tabe olmurlar. Bu gün baş verən hadisələr prosesin davamıdır. Xalqdan ciddi dəstək almayan bu cütlük hərbi qiyamla və ya Paşinyanı qətlə yetirməklə yenidən hakimiyyətə qayıtmaq istəyir. Yadınıza salın, Köçəryan hakimiyyətdə ola-ola spiker Dəmirçiyanı aradan götürməklə hakimiyyəti tam əlində cəmləşdirdi, Qarabağ klanı tam və təkbaşına hakimiyyəti götürdü.

Bu ssenarinin Paşinyan üçün də baş verəcəyi istisna edilmir. Paşinyan qərargah rəisini işdən azad etməsi və tərəfdarlarını meydana çağırması baş vermiş hərbi qiyamı ertələmək, qarşısını almaq niyyəti güdür. Hesab edirəm ki, Paşinyan hakimiyyətə Qərbin dəstəyi ilə gəlmişdi və rusiyameylli hərbçilərin satqınlığı haqqında bəyan etməsi və Ermənistanın qərbyönümlü siyasət yürütdüyünü elan edəcək.Gözlənti budur.

Ermənistanda baş verən hadisələrə Türkiyənin mövqeyi Rusiyanınkından fərqli oldu. Moskvadan açıqlama gəldi ki, “Ermənistanın daxili işidir, hadisələri izləyirik”, Ankaradan isə vurğulandı ki, “Biz hərbi çevrilişlərin əleyhinəyik”. Erməni generallar deyirlər ki, guya “İsgərdər” raketləriylə Bakı-Tbilisi-Ceyhan boru xəttini vurmaq istəyirdilər, baş nazir Nikol Paşinyan icazə verməyib. Müharibə bitib deyə erməni generallar “cəsarətləniblər”. Əsas boru xəttimizi vurub sıradan çıxarsaydılar, müharibə 10 noyabrda bitməcəyəcəkdi. Paşinyanın 2 gün qabaq "İsgəndər" raketini Azərbaycana atdıq, ancaq partlamadı" bəyanatı Rusiyanın çox böyük qəzəbinə səbəb olub. Ola bilsin ki, bunu Paşinyan qəsdən edib. Rusiyanın hərbi sənayesinə böyük zərbə vurmaq niyyətini güdür və böyük ehtimalla Paşinyan bu bəyanatı Qərbin tapşırığı ilə bildirib. Bilirsiniz ki, bu gün ABŞ sanksiyasına məruz qalan Rusiya hərbi satışdan milyardlarla dollar əldə edir. Və bu cür bəyanatlar Rusiyadan silah alan ölkələrdə inamsızlıq yaratmaq niyyəti güdür”.

AzNews.az