Politoloq: “Ermənistanın atəşkəsi davamlı olaraq pozması güman edilmir” Politoloq: “Ermənistanın atəşkəsi davamlı olaraq pozması güman edilmir”

“Ərazi iddiaları və təxribatlar Ermənistanın məhvinə səbəb ola bilər” - Tural İsmayilov

Politoloq: “Ermənistanın atəşkəsi davamlı olaraq pozması güman edilmir”

Ermənistan silahlı qüvvələri Tovuz və Kələbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub.

Ermənilərin sərhəddə gərginlik yaratması,atəşkəsi pozmasının səbəbləri ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti rəhbərinin müavini, politoloq Tural İsmayılov AzNews.az analitik-informasiya portalına açıqlama verib.

O bildirib ki, Ermənistanın sərhəddə təxribatlar törətməsinin səbəbi ölkə daxilindən fikri yayındırmaqdır:

“Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra xalqın hakimiyyətdən böyük gözləntiləri var. Xalq daha cəld və operativ addımlar gözləyir. Çünki ac-yalavac vəziyyətdədir. Ölkənin bütün siyasi institutları iflic vəziyyətinə gəlib. Hərbi komandanlıq içərisində hərc-mərcliklər var. Eyni zamanda ölkənin iqtisadiyyatı demək olar ki, tamamilə sıradan çıxıb. Xarici kapitallar ölkədən geri çəkilib. Hal hazırda xalq Nikol Paşinyan və onun komandasından real islahatlar gözləyir. Əks təqdirdə Ermənistanda növbəti kütləvi xalq etirazları, narazılıqlar artacaq", - deyə T. İsmayılov əlavə edib.

Politoloq vurğulayıb ki, Ermənistanın təxribat və gərginlik yaratmaqla Zəngəzur dəhlizinin açılmasını uzatmağa çalışır:

“Ermənistan 10 Noyabr, 11 Yanvar və Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində əks olunmuş Zəngəzur dəhlizinin açılması məsələsini uzatmağa çalışır. Bütün bunların fonunda gündəm yaratmaq , baş verən hadisələrdən diqqəti yayındırmaq üçün atəşkəsi pozmağa cəhd göstərir. Ancaq Ermənistanın atəşkəsi davamlı pozması güman edilmir. Ermənistan başa düşür ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normalaşdırmağa məcburdur. Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan regionda etimad mühiti yarada, ölkədə çox az saydan qalan erməni xalqını dolandıra bilməyəcək. Nəticədə hakimiyyət acların üsyanı ilə qarşılaşacaq".

Ekspertin fikrincə, həm müxalifət, həm iqtidar qüvvələri başa düşürlər ki, bundan sonra hansısa ərazi iddiaları ilə təxribatlar etmək Ermənistanın məhvinə səbəb ola bilər: "Ermənistanda xalq uzun illər qəsbkarlıq və faşizm ruhunda tərbiyə olunduğu üçün indi onun acısı ilə qarşılaşırlar. Ermənistanın rəhbərliyinin bundan sonra xalqı tolerant şəkildə maarifləndirməli, cəbhədə və sərhəddəki təxribatlardan əl çəkib gecikmədən minalanmış ərazilərin xəritəsini geri verməlidir”.

Siyasi şərhçi sonda Ermənistanla sülh müqaviləsi məsələsinə də müsasibət bildirib:

“Ermənistanın Azərbaycan və Türkiyə ilə sülhdən başqa yolu qalmayıb. Səbəb odur ki, hal-hazırda Ermənistanın xalqın tələblərinin qarşılamaq üçün heç bir potensialı mövcud deyil”.

Şəbnəm Zahir

AzNews.az