Keçmiş baş nazir Pənah Hüseyn: "İlham Əliyevin Qarabağı azad etməsi son 30 ilin ən mühüm hadisəsidir” Keçmiş baş nazir Pənah Hüseyn: "İlham Əliyevin Qarabağı azad etməsi son 30 ilin ən mühüm hadisəsidir”

"İran Azərbaycanla bağlı ehtiyatlı olmalıdır.Əks halda İran bitər!"

Keçmiş baş nazir Pənah Hüseyn: "İlham Əliyevin Qarabağı azad etməsi son 30 ilin ən mühüm hadisəsidir”

Niyaməddin Orduxanlının aparıcı olduğu AXC TV-də "Həftənin yekunu"nun bu dəfəki qonağı keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn olub.

Verilişdə həftə ərzində ölkəmizdə, beynəlxalq müstəvidə və regonda baş vermiş hadisələr geniş müzakirə olunub. Müzakirə zamanı, İran rəsmilərinin açıq şəkildə Azərbaycan dövlətini hədələməsinin əsas səbəbləri, İranın Azərbaycana qarşı müharibəyə başlamasının mümkünlüyü, Azərbaycanda İranın molla rejiminə qarşı yaranmış kütləvi narazılığın formalaşması faktı, İran XİN rəhbərinin Rusiyaya səfəri, Rusiyanın İrana dəstək verməməsinin səbəbləri, İranın Türkiyənin Azərbaycanla əlaqlərinin genişlənməsinə aqresiv davranması və bunu açıq şəkildə ifadə edə bilməməsi, İranda yaşayan 40 milyonluq soydaşımızın proseslərə müdaxilə imkanları, İsrail Azərbaycan əlaqələrinin genişlənməsini İranın bəhanə gətirməsi, Prezident İlham Əliyevin Qarabağı işğaldan azad etməsinə siyasi partiyaların böyük dəstək verməsi, Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevin rəhbərliyi ilə 50 partiyanın Şuşa səfərinin təəssüratları və digər məsələrdən danışılıb.

Həmin verilişin videosunu təqdim edirik: