Azər Badamov: “Ancaq Ermənistanın yenidən müharibə etməyə heç bir hərbi və ya iqtisadi gücü yoxdur” Azər Badamov: “Ancaq Ermənistanın yenidən müharibə etməyə heç bir hərbi və ya iqtisadi gücü yoxdur”

“Revanşistlər hakimiyyətə gəlsə, yenidən müharibənin gündəmə gələcəyi gözləniləndir”

Azər Badamov: “Ancaq Ermənistanın yenidən müharibə etməyə heç bir hərbi və ya iqtisadi gücü yoxdur”

Milli Məclisin deputatı Azər Badamov Ermənistanda yenidən başlayan etiraz aksiyası ilə bağlı AzNews.az analitik-informasiya portalına danışıb.

O bildirib ki, İrəvanda baş verən aksiyalar müəyyən qüvvələrin dəstəyi ilə hakimiyyəti ələ keçirmək məqsədi daşıyır.

“Aksiyaların davamlı olmasına baxmayaraq ermənilər kütləvi şəkildə bu aksiyalara qoşulmurlar. Hər dəfə mitinq keçirəndə eyni adamların ortada olduğunu görürük. Səsləndirilən şüarlar da insanları hakimiyyəti ələ keçirilməsinə dəstək verilməsinə, Azərbaycanla heç bir sülh müqaviləsi bağlamamaq və yenidən müharibəyə çağırışlardır. Erməni cəmiyyətinin aksiyanın önündə dayanan Qarabağ klanın nümayəndələrinə və eks-prezidentlərə böyük nifrəti vardır. Sosial şəbəklərdə ermənilərin ifadələrində qeyd olunur ki, Köçaryan və Sarkisyan hakimiyyəti ancaq talançılıqla məşğul olmuşdur. Həm də bu gün İrəvanda aksiyalarda müharibəyə çağırış edənlərin heç birinin müharibəyə getməyə nə övladının , nə də qohumunun olmadığını bildirirlər. Qeyd edirlər ki, erməni cəmiyyəti əldə olunmuş razılaşmalarla razıdırlar və tezliklə sülh müqaviləsinin imzalanmasını istəyirlər”.

Millət vəkilinin fikrincə, bu gün İrəvanın mərkəzində küçələri bağlayanların cəmiyyətdə ciddi dayaqları yoxdur.

“Onların Paşinyanı devirmək imkanları çox aşağıdır. Bununla yanaşı əgər Paşinyan devrilərək, revanşistlər hakimiyyətə gələrsə, yenidən müharibənin gündəmə gələcəyi gözləniləndir. Çünki revanşistlərin istəklərindən biri də Azərbaycanla danışıqlardan çıxmaqdır.
Ancaq Ermənistanın yenidən müharibə etməyinə heç bir hərbi və ya iqtisadi gücü yoxdur. Heç də meydanda qışqıranlar gəlib Azərbaycanla müharibəyə getməyəcəklər. 44 günlük müharibədə də sarkisyanların və köçaryanların necə gizləndiklərini hamı bilir. Azərbaycan Ermənistanda baş verən prosesləri seyr etməklə kifayətlənərək mövcud vəziyyəti əbədiləşdirməkdən ibarət deyil. Azərbaycan kapitulyanta öz şərtlərini göndərmişdir. İmzalanmış üçtərəfli bəyanatların icra müddətlərini gözləyir. Əgər müəyyən olunmuş müddətlərdə məsələlər öz həllini tapmazsa, dəmir yumruq daha gücclənmiş şəkildə yenidən hərəkətə gələcək və həll olunmamış məsələləri öz gücü ilə yoluna qoyacaqdır”, - deyə Azər Badamov qeyd edib.

Şəbnəm Zahir