Ermənistan rəsmiləri Azərbaycanla sülhdən dəm vursalar da, işğala 2 ildir son qoyulsa da, Minsk Qrupu sevdasından əl çəkmirlər. Hər vəchlə köhnə, yalnız ermənilərin işinə yaramış bir formatın bərpasına çalışırlar Ermənistan rəsmiləri Azərbaycanla sülhdən dəm vursalar da, işğala 2 ildir son qoyulsa da, Minsk Qrupu sevdasından əl çəkmirlər. Hər vəchlə köhnə, yalnız ermənilərin işinə yaramış bir formatın bərpasına çalışırlar

"Ermənistanın başına qapaz vurulacaq"

Ermənistan rəsmiləri Azərbaycanla sülhdən dəm vursalar da, işğala 2 ildir son qoyulsa da, Minsk Qrupu sevdasından əl çəkmirlər. Hər vəchlə köhnə, yalnız ermənilərin işinə yaramış bir formatın bərpasına çalışırlar

Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bugünlərdə İrəvanda BMT Baş Məclisinin sədri Abdullah Şahidlə görüşüb. Rəsmi İrəvanın yaydığı məlumatdan aydın olur ki, görüşdə “regional təhlükəsizliklə bağlı məsələlər, o cümlədən Qarabağ məsələsi müzakirə edilib”.

Mirzoyan bu görüşdə də bildirib ki, “ATƏT-in Minsk Qrupu üçlüyü Qarabağ probleminin həllində yeganə formatdır”.

Onun iddiasına görə, “Minsk Qrupu Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsi ilə məşğul ola biləcək beynəlxalq mandata sahib yeganə formatdır”.

Eyni fikri o, bir gün qabaq Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşdə bəyan edib. Ancaq Minsk Qrupu varsa, 10 noyabr kapitulyasiya sənədi yoxdur! Köhnə status-kvo artıq yoxdur. Minsk Qrupu artıq tarixdir, keçmişdir. Rusiya da məhz həmin üçtərəfli sənəd əsasında özünün hərbi kontingentini legitim əsasda, yəni Azərbaycanın razılığı ilə ərazimizdə - Qarabağda yerləşdirib. Demək, əslində hayların hədəfi 10 noyabr aktını arxa plana keçirmək, onun əhəmiyyətini azaltmaqdır. Özü də Ermənistanda getdikcə fəaliyyəti güclənən ABŞ-ın diktəsi ilə. İrəvanın həm də vaxtı uzatmağa hesablanmış bu cür hiyləgər “iki stul” siyasəti hara kimi gedə bilər?

İlyas Hüseynov: “Ermənistanın istəkləri ilə regional proseslər həll olunmur”

Politoloq İlyas Hüseynov bu cəhdlərin uğur qazanmayacağını qeyd etdi: “Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın regional sülh və təhlükəsizlik istiqamətində müsbət mesajları qeydə alınsa da, erməni xisləti sülh ilə bağlı planlardan daha üstün görünür. Regional əməkdaşlıq və sülhlə bağlı Ermənistanın təklif etdiyi sənəddə ”status" və “ATƏT-in Minsk Qrupu” mövzusunun yenidən dövriyyəyə salınması cəhdləri mövcuddur. Lakin hər iki mövzu rəsmi Bakı tərəfindən böyük neqativlə qarşılanır. Eyni zamanda yeni geosiyasi reallıqlar tamamilə başqa mövzuları diktə edir. Lakin Ermənistan Minsk Qrupu sevdasından əl çəkmək istəmir. Minsk Qrupunun mandatı ləğv olunmasa da düşünürəm ki, Avropa İttifaqının sülhlə bağlı təşəbbüsləri Minsk Qrupunu artıqlaması ilə əvəzləyir. Çünki burada siyasi, iqtisadi və humanitar məsələlər müzakirə olunur. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla Tiflisdə görüşəndən sonra yenidən Minsk Qrupu mövzusunu aktuallaşdırmağa çalışır. 10 noyabr kapitulyasiya aktının imzalanmasından sonra ölümcül döyülən, hazırda Ermənistanın baş diplomatı funksiyasını icra edən Ararat Mirzoyan BMT Baş Məclisinin sədri Abdullah Şahid və Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə keçirdiyi görüşlərdə Minsk Qrupunu “diriltməyin” vacibliyini vurğulayıb. Lakin hazırda Ermənistanın istəkləri ilə regional proseslər həll olunmur və rəsmi İrəvan geosiyasi subyektliyini itirib. Müxtəlif reveranslar etmək cəhdlərinin də qarşısı uğurla alınır. Buna görə də “ATƏT-in Minsk Qrupu” institutu uğursuzluqla nəticələnib və heç bir gələcəyi yoxdur".

Ağdamda görüşərik- Kənan Novruzov yazır

Kənan Novruzov: “Minsk Qrupunun fəaliyyətinin bərpa ediləcəyi ağlabatan deyil”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov da fərqli düşünmür: “Əlbəttə, Minsk Qrupunun ”reanimasiyadan çıxması" bəlkə də Ermənistanın maraqlarına uyğundur. Doğrudur, İrəvan Moskvadan canını qurtarmaq istəyir. Lakin Minsk Qrupunun fəaliyyətini bərpa etməsi baş nazir Nikol Paşinyan üçün vaxt udmaq deməkdir. Son zamanlar həm ABŞ, həm də Ermənistan rəsmilərindən oxşar bəyanatlar səslənir. Amma Minsk Qrupunun fəaliyyətinin bərpa ediləcəyi ağlabatan deyil. Birincisi, ona görə ki, bu kitab artıq bizim üçün bağlanıb. Maraqlarımızın təmin edilməsi üçün daha 30 il gözləmək fikrimiz yoxdur. İkincisi, beynəlxalq ictimaiyyət də başa düşür ki, “eyni filmə ikinci dəfə baxmaq maraqsız olur”. Üçüncüsü, Rusiya ilə ABŞ arasında gərginləşən münasibətlər onların eyni platformada yer almasına imkan verməz. Minsk Qrupunu xatırladan formatın yaranması - Rusiya, ABŞ və Fransadan Ermənistanla Azərbaycan arasında xüsusi nümayəndələrin təyin olunması mümkündür. Hərçənd bu da bizim maraqlarımıza uyğun deyil. Dediyim kimi, İrəvan vaxt qazanmaq istəyir. Lakin bu o demək deyil, Ermənistan sərhədlərin müəyyənləşməsindən, münasibətlərin normallaşmasından boyun qaçırır. Əksinə, Paşinyan hakimiyyətinin getdikcə daha konstruktiv mövqe sərgilədiyi açıq-aydındır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bugünlərdə dedi ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və təklif edilən 5 bəndlik sənədi məqbul hesab edirik. Çünki başqa yolları da yoxdur. Bundan sonra çalışmaq lazımdır ki, proseslər ikitərəfli formatda vasitəçisiz həll olunsun. Üçüncü “oyunçu”nun “meydana daxil olmasına” imkan vermək olmaz. Türkiyə istisna olmaqla, digər bütün aktorlar bu prosesə ya zərbə vuracaq, ya da tormozladacaq".

Niyaməddin Orduxanlı: “Ermənistanın başına qapaz vurulacaq”

BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı ermənilərin heç nəyə nail olmayacağını bildirdi: “Ermənistan məqsədli şəkildə Azərbaycanla sülh sazişinin imzalanmasını uzadır. Paşinyan rejimi hesab edir ki, indiki vəziyyətdə Azərbaycanla sülh sazişini yubatmaqla daha əlverişli vəziyyət yaranar. İndiki vəziyyətdə sülhə getmək Ermənistanın maraqlarına cavab vermir. Bu səbəbdən də erməni rəsmiləri hər cür bəyanatlar verirlər. Ermənilər iddia edir ki, Minsk Qrupu varsa, 10 noyabr kapitulasiya aktı yoxdur. Ancaq hər kəsə bəllidir ki, Minks Qrupu heç nəyə yaramır və artıq 2 ildir ki, formal olaraq qalır. Bunu bizim Prezidentimiz cənab İlham Əliyev də rəsmi şəkildə bəyan edib. Ancaq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Məclisinin sədri Abdullah Şahidlə görüşdə bildirib ki, ”ATƏT-in Minsk Qrupu üçlüyü Qarabağ probleminin həllində yeganə formatıdır". Ermənilər saman çöpündən də yapşırlar. Azərbaycan üçün isə bir prinsip var: Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalı və Azərbaycanın ərazisi olan Qarabağda bir erməni əlisilahlı terrorçusu qalmamalıdır. Biz bunu 10 noyabr bəyannaməsində də açıq şəkildə yazdırmışıq. Və buna da həm Rusiya, həm də Ermənistan imza atıb. 2 il zaman keçib. Hələ ki bəyannamənin bir sıra bəndləri yerinə yetirilmir. Bu proses uzun müddət davam edə bilməz. Biz istənilən zaman antirerror əməliyyatını başlaya bilərik. Beynəlxalq hüququn verdiyi imkanlar da biz tərəfdədir. Həmçinin də son zamanlar cəmiyyətin də sifarişi var. Ermənilərin nazı ilə çox oynamayacağıq. 30 il vaxt vermişik. Artıq yetər. Ermənilər heç bir halda 10 noyabr kapitulyasiya aktından qaça bilməz. Heç bir status-kvodan da söhbət gedə bilməz. Minsk Qrupu artıq tarixdir, keçmişdir. Rusiya da bizim müttəfiqimizdir. Biz həmin üçtərəfli sənəd əsasında Rusiyanın hərbi kontingentini legitim əsasda, yəni Azərbaycanın razılığı ilə ərazimizdə - Qarabağda yerləşdirmişik. Rusiya görməlidir ki, Ermənistan boyun qaçırır. Daha çox Qərbin maraqlarından çıxış edir. Tezliklə Azərbaycan ərazisindən qoşunlarını çıxarmalıdır. Əks halda, Ermənistanın başına qapaz vurulacaq. Dəmir yumruğa növbəti dəfə ehtiyac olmayacaq".