Ermənistanın Fransanın xeyir-duası və iştirakı ilə atdığı addımlar regionun təhlükəsizliyini təhdid edir Ermənistanın Fransanın xeyir-duası və iştirakı ilə atdığı addımlar regionun təhlükəsizliyini təhdid edir

Yeganə Hacıyeva: "Ermənistanın KTMT-dən çıxmaq niyyəti yoxdur"

Ermənistanın Fransanın xeyir-duası və iştirakı ilə atdığı addımlar regionun təhlükəsizliyini təhdid edir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Novaya qazeta Europe” nəşrinə müsahibəsində bildirib ki, Ermənistanın KTMT-dən çıxmağı müzakirə edilir. O qeyd edib ki, KTMT Ermənistanın təhlükəsizliyini təmin etmir və müqavilə öhdəliklərinə əməl etmir, bununla əlaqədar qurumdan çıxmaqla bağlı müzakirələr aparılır. Ermənistan KTMT-dən ayrılması nə kimi proseslərə gətirib çıxara bilər?

“Ermənistanın KTMT haqqında səsləndirdiyi fikirləri səmimi hesab etmək olmaz. Bu, Ermənistanın Qərblə Rusiya arasındakı konfrantasiyadan qazanmaq məqsədinə hesablanmış fikirlərdir. Ermənistan Qərbə KTMT-dən ayrılmaqla Rusiyadan qopduğunu göstərmək istəyir. O, Qərbdən daha çox dəstək almaq üçün manevr edir”.

Bu sözləri AzNews.az-a mövzu ilə bağlı açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib.

O deyib ki, KTMT-nin üzvü olmaq, Ermənistan daxilində Rusiyanın 102-ci bazasının olması bu dövlətin müdafiə və təhlükəsizliyinin elementidir:

“Hazırda Ermənistanın nə KTMT-dən çıxmaq, nə də 102-ci bazanı ölkədən çıxarmaq niyyəti yoxdur. Çünki Ermənistan üçün bu müdafiə imkanlarının alternativi yoxdur. 102-ci baza bu iki ölkənin Müdafiə Nazirliklərinin müştərək qoşun bölmələri kimi Ermənistanın dövlət müdafiə və təhlükəsizlik təchizatlarıdır. Ermənistanın KTMT və Rusiyadan istəyi Qarabağ müharibəsində onların da iştirak etməsidir.

Ermənistan KTMT-ni Azərbaycanla müharibəsində ona dəstək olmaması ilə günahlandırır. 44 günlük müharibədə KTMT-bir neçə dəfə müraciət etsə, iclas çağırmağa çalışsa da Azərbaycanın digər müstəvilərdəki strateji tərəfdaşları olan ölkələr bununla razılaşmadı“.

Y. Hacıyeva qeyd edib ki, Ermənistan gələcək üçün bir sıra addımlar atır:

“Ermənistan Qərb ölkələrindən Fransa və Yunanıstanla, qonşu ölkələrdən isə İranla müdafiə potensialını inkişaf etdirməyə çalışır . Misal olaraq Yunanıstanla 2023-cü ilin mart ayından başlayaraq regionlar arası hərbi təlimlərdə iştiraka başlayıblar. Fransa ilə Ermənistan münasibətləri hərbi əməkdaşlıq müstəvisinə qaldırmağa qərar verib. Bu ilin aprelin əvvəlində Fransanın Silahlanma üzrə Baş Direktorluğunun nümayəndə heyəti İrəvana səfər edib".

Politoloq sonda Fransa və Ermənistan arasında hərbi əməkdaşlıqdan bəhs edib. Onun sözlərinə görə, iki ölkə arasındakı ikitərəfli silahlanma komitəsi öz işini bərpa edir:

"Komitəyə Fransa silahlarının Ermənistana tədarükü üçün “strateji planlaşdırma”nı təmin etmək tapşırılıb. Daha öncə isə Fransa və Ermənistan müdafiə nazirləri Parisdə görüşmüş, Suren Papikyan və Sebastyan Lekornü arasındakı görüş zamanı Ermənistanın hərbi potensialının inkşaf etdirilməsi haqqında razılaşma əldə etmişdilər. Lekornü mövcud vəziyyəti dəyərləndirmək üçün Ermənistana nümayəndə heyətinin göndəriləcəyini vurğulamışdı. Fransa xarici işlər azirinin Ermənistana səfəri zamanında da Fransanın Ermənistadakı səfirliyində hərbi attaşelərinin iştirakı onun göstəricisidir ki, Fransa- Ermənistan hərbi əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində işlər aparılır. Bir sözlə, Ermənistanın Fransanın xeyir-duası və iştirakı ilə atdığı addımlar regionun təhlükəsizliyini təhdid edir" .

Ayan Rzayeva