- Müşahidə məntəqəsi
- 13 İyun 2023 17:39
- 7 740
Qərb Arazdəyəndə metallurgiya zavodunun inşasına nə üçün göz yumur? - AÇIQLAMA
ABŞ uzun müddətdir ki, Ermənistanda təhlükəli laboratoriyalar quraşdırır
Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun inşasını planlaşdırır. Layihənin gerçəkləşdirilməsi üçün maliyyə yatırımı edənlərdən biri isə Amerikadır. Sual doğuran məqamlardan biri budur ki, rəsmi Vaşinqton layihənin sülh müqaviləsi prosesini ləngitmək üçün bu addımı atır, yoxsa sadəcə layihədə maraqlı tərəfdir?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov AzNews.az-a açıqlamasında bildirib ki, ABŞ-nin Ermənistanda bioloji laboratoriyaları olduğu Rusiya tərəfinə bəllidir.
"Bu bioloji laboratoriyalar bütün insanlığı sürətli bir şəkildə təhdid etməkdə davam edir. ABŞ uzun müddətdir ki, Ermənistanda təhlükəli laboratoriyalar quraşdırır. O baxımdan hesab edirəm ki, bioloji laboratoriyalarla bağlı ABŞ-nin davam edən siyasəti və Ermənistanla müttəfiq qismində çıxış etməsi Qərbin bu məsələdə susqunluq nümayiş etdirməsinə səbəb olur. Eyni zamanda Rusiya bu bioloji laboratoriyaların olmasında, həmçinin ABŞ-nin Ermənistanla əməkdaşlığından çox ciddi formada narahatdır və bu narahatlığını da hər bir formada nümayiş etdirir”.
Politoloqun sözlərinə görə, ABŞ Azərbaycan münasibətlərinin bu qədər inkişaf etdiyi dövrdə rəsmi Vaşinqton qəsdən bu cür addım atmaz:
"Ola bilsin bu layihədə ABŞ sadəcə iqtisadi dividendlər güdür. Əlbəttə ki, Azərbaycan sərhədində təhlükəli məsələlər ekoloji problemlərin qabardılmağına səbəb olur. Bu gün ABŞ Ermənistanın sistematik şəkildə Azərbaycan ekologiyasını təhdid etməsinə göz yumur. Ancaq bunu ABŞ həm özünün Ermənistana təsir rıçağı, həm də bölgədə təmsil olunmaq vasitəsi kimi görür. Hər bir halda hesab etmirəm ki, bu zavod məsələsi Azərbaycan və ABŞ arasında inkişaf edən münasibətlər sistemini korlasın”.
Rəşid Qarayev