- Müşahidə məntəqəsi
- 19 İyun 2023 17:42
- 8 794
Ermənistan Brüsseldə mütləq bu məsələni gündəmə gətirəcək - Politoloq
İyulun 21-də isə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Brüsseldə görüşəcəklər. Bəs görüşdən əvvəl Ermənistan tərəfindən sərhəddə tez-tez təxribatların törədilməsi nəyə işarədir? Qarşı tərəf bununla nəyə nail olmaq istəyir? Ümumiyyətlə, görüş zamanı konkret nəticə əldə olunması ehtimalı varmı?
Mövzu ilə bağlı saytımıza açıqlamasında politoloq Fikrət Sadıqov bildirib ki, Ermənistan tərəfi bu təxribatlar üçün hər dəfə səbəb yox, bəhanə tapır. O qeyd edib ki, Ermənistan tərəfinin bu dəfəki bəhanəsi Laçın postu ilə bağlıdır: "Çünki onlar dünyaya bar-bar bağırır ki, blokadadırlar və onları blokadadan çıxarmaq lazımdır. İş orasındadır ki, heç bir blokada yoxdur, orada hər iki istiqamətdə sərbəst şəkildə nəqliyyat vasitələri və insanlar keçir.
F.Sadıqov sonda əlavə edib ki, onlar görüş ərəfəsində Azərbaycanı blokada da günahlandırmaq üçün bu cür təxribatlara əl atırlar. Bunu Brüssel görüşündə Ermənistan mütləq gündəmə gətirəcək və çalışacaq ki, iştirakçıların diqqətini buna cəlb etsin.
Rəşid Qarayev