- Müşahidə məntəqəsi
- 19 İyun 2023 19:01
- 10 069
Bu, Ermənistan hakimiyyətini və ordusunu dərindən məyus edəcək - Hərbi ekspert
“Laçında sərhəd keçid məntəqəsində törədilən təxribat Ermənistanın Qarabağda yaşayan əhalinin inteqrasiyası prosesini əngəlləmək üçün atılan addım idi”.
Bu fikirləri AzNews.az-a hərbi ekspert Ədalət Verdiyev son zamanlar sərhəddə baş verən erməni təxribatı ilə bağlı açıqlamasında bildirib.
O qeyd edib ki, Sərhəd Qoşunlarının hərbi qulluqçusu gizir Elşən Rüstəmovun yaralanması ilə nəticələnən təxribatın cavabını Azərbaycan sərhədçiləri artıqlaması ilə verdi: "Düşmən biri yaralı olmaqla, 3 nəfər itki verdi. Törədilən çoxsaylı atəşkəs pozuntularının və təxribatların əsas məqsədi sülh sazişi üzrə gedən danışıqlar prosesinin istiqamətini sərhəddə və yaxud rusların nəzarəti altında olan ərazilərdə baş verən toqquşmalara yönəltmək və bununla da sülh sazişi üzrə olan danışıqları yubatmaq, Paşinyan hakimiyyətinin ömrünü 2025-ci ilə qədər uzatmaqdır”.
Ekspertin fikrincə, Zəngilan və Naxçıvan istiqamətində olan təxribatların əsas məqsədi Ermənistanın birgə bəyanatla üzərinə götürdüyü Zəngəzur dəhlizinin açılmasını əngəlləməkdir:
“Xatırladıram ki, Azərbaycan tərəfi proseslərə mümkün qədər təmkinlə yanaşmağa çalışır. Daha əvvəllər törədilən təxribatların nəticəsinin Ermənistan üçün nə qədər ağrılı olduğu heç kəsə şübhəli deyil. Sentyabrda da Ermənistan tərəfindən eskalasiya yaradılmışdı. Nəticədə Azərbaycan 10 saat ərzində 600-ə qədər düşmən qüvvəsini məhv etmişdi. 15 strateji yüksəklik və 75 mövqeni düşməndən təmizləmişdi. Əgər Ermənsitan tərəfi təxribatlarına davam edərsə, keçən ilin sentyabrına bənzər hadisələrin təkrarını izləmiş olacaq. Bu, Ermənistan hakimiyyətini və ordusunu daha dərindən məyus edəcək bir fəaliyyət olacaq”.
Ayan Rzayeva