- Müşahidə məntəqəsi
- 22 İyun 2023 16:47
- 9 366
Ermənistan bu addımla qardaşı İranın əksinə getdi - Millət vəkili
“İran Qafqazda Qərb kapitalının yerləşməsinə qarşıdır. Nəinki Qərb kapitalı, hətta Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurma və bərpa işlərində İsrailin iştirakını həzm edə bilmir. Amma Ermənistanda Qərb kapitalı ilə ağır metallurgiya zavodunun inşası və orda ABŞ bayrağının qaldırılmasına səsini də çıxartmır”.
Bu sözləri AzNews.az-a Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, inşa olunan ağır metalurgiya zavodu İranın ekologiyasına da mənfi təsir göstərəcək: “Zavod istifadəyə veriləndən sonra yaranacaq ekoterrordan İran da əziyyət çəkəcək. İkincisi isə İrana yaxın bir ərazidə ABŞ bayrağının qaldırılması onlar üçün məqbul olmamalıdır. Çünki İran birbaşa ABŞ-nin sanksiyaları altındadır".
A.Badamovun sözlərinə görə, Ermənistan belə bir addım atmaqla qardaşı İranın əksinə də getmiş oldu: “İran isə səsini çıxartmır. Bu onunla əlaqədardır ki, Ermənistanın Azərbaycana qarşı yönəltdiyi hər bir addım İranın siyasətinin əksinə olsa belə onlara məqbuldur. Hesab edirəm ki, bu, farsların azərbaycanlılara qarşı olan nifrətdən irəli gəlir”.
Rəşid Qarayev