- Müşahidə məntəqəsi
- 7 Noyabr 19:49
- 6 822
"Tramp neftin qiymətinin aşağı düşməsi üçün əlindən gələni edəcəkdir" - Eldəniz Əmirov
"ABŞ-də keçirilən prezident seçkilərində Donald Trampın qalib gəlməsi " respublikaçıların hakimiyyətdə olduğu bütün dövrlərdə enerji bazarlarında ucuzlaşmalar baş verib " qənaətini yenidən gündəmə gətirib.
“Düşünürəm ki, hazırda enerji sektoru ilə bağlı olan gözləntilər həddindən artıq çox şişirdilir. Doğrudur, Tramp ənənəvi enerji hasilat həcmlərini artıracaqdır. Neftin qiymətinin aşağı düşməsi üçün əlindən gələni edəcəkdir. Təbii olaraq düşünmürəm ki, heç bir halda hansısa bir ölkə rəhbəri bu qiymətlərin kəskin aşağı düşməsinə nail ola bilər. Amma bütün hallarda artımın qarşısı alınacaqdır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
İqtisadçı ekspert qeyd edib ki, neftin qiymətində artımların qarşısının alınması, təbii ki, neft hasil edən ölkələrdə valyuta daxilolmalarını əngəlləyəcək.
“Ən azından bu sahəyə bu istiqamətdə müəyyən təsirlər göstərəcək ki, buna görə Azərbaycanda neft gəlirlərinin azalma ehtimalı var. Lakin bütün hallarda uzunmüddətli dövr ərzində Trampın bu prosesi saxlaya biləcəyini düşünmürəm. Çünki Tramp daxili iqtisadi artıma meyl verdiyinə görə, ümumiyyətlə, iqtisadiyyatın artırılması enerji sektorunun da inkişafını tələb edir. Bu baxımdan müəyyən istiqamətlərdə problemlər yaşansa da, müvəqqəti bir xarakter daşıyacaqdır. Sadəcə, hesab edirəm ki, Trampın seçilməsi ən böyük öz mənfi təsirini Çinə və İrana göstərəcəkdir”.
Rəfiqə NAMAZƏLİYEVA