İrana verilən vaxt bitdi. Nələr olacaq? - Şərh

İrana Hormuz boğazının açılması üçün verilən vaxt bitdi. İran boğazı açmaqdan imtina etdi. Can üstə olan Iranın ABŞ-yə qarşı sərt irəli sürməsi də vəziyyəti qəlizləşdirir.
ABŞ və İsrail tərəfindən İranın "qaranlığa qərq olması və daş dövrünə qayıtması" istiqamətində hərbi obyektləri ilə bərabər enerji infrastrukturu, körpülər, su anbarları, rabitə qovşaqları, banklar hədəf alınacaq.
İran hakimiyyəti isə buna cavab olaraq İran dövlət televiziyası (İRİB) vasitəsi ilə vətəndaşları elektrik stansiyaları və digər əsas infrastruktur obyektlərinin yaxınlığında toplaşmağa çağırıb.
Normal dövlət mülki əhali arasında itkiləri azaltmaq üçün addımlar atmalı idi. Cəmi bir ay əvvəl on minlərlə vətəndaşını qətlə edən molla rejimində isə bu məsələ tərsinədir. Mülki əhalinin itkilərini artırmaqla SEPAH generalları ABŞ və İsraili beynəlxalq təzyiq obyektinə çevirməyə çalışır. Amma bu variant artıq işləmir. Dünya insan həyatına dəyər verməyən SEPAH və dini diktatura rejimindən, İran adlı təhlükədən tamamilə qurtulmaq istəyir.
ABŞ prezidenti Donald Trampın "İranın daş dövrünə qayıtması" barədə bəyanatının nüvə silahının tətbiqi ilə əlaqəsi yoxdur. Belə absurd şərhlərlə ictimaiyyət arasında narahatlıq yaratmaq olmaz.
Ən zəif nüvə silahlarının gücü, Yaponiya şəhərlərinə atılandan 10 dəfələrlə çoxdur. İranın ətrafı isə ABŞ-nin müttəfiqi olan ölkələrdir. Belə olan halda, ABŞ niyə müttəfiqləri üçün böyük təhlükə yaratmalı, İranın nüvə proqramını legitimləşdirrməlidir?
İranın daş dövrünə qayıtması üçün 30-40 ədəd qrafit bombası kifayət edir. Bu bombaların lifləri yüksək gərginlikli elektrik xətlərində qisa qapanmalar yaradır, amma insanlara birbaşa ziyan vurmur. Yuqoslaviya, İraq və s. təcrübəsi hələ yaddaşlardan silinməyib.

Ədalət VERDİYEV