Yaxın qohumuna dolayı yollarla vəkil statusu almaq istəyirmiş... Yaxın qohumuna dolayı yollarla vəkil statusu almaq istəyirmiş...

Aslan İsmayılov Vəkillər Kollegiyasını niyə şantaj edir? - Əvvəl minnətçi göndərib, sonra isə...

Yaxın qohumuna dolayı yollarla vəkil statusu almaq istəyirmiş...

Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmiş Aslan İsmayılov dünən Rusiya kəşfiyyatçısı ilə əlaqələri mətbuatda deşifrə olunmuş Sevinc Osmanqızının “Youtube” kanalında yayımlanan proqramına çıxıb. Əsl adı Allahverdi olan İsmayılov həmin proqramda Vəkillər Kollegiyasının hazırkı rəhbərliyinə də qara yaxmaqdan qalmayıb.

AzNews.az xəbər portalı Aslan İsmayılovun Vəkillər Kollegiyasının indiki rəhbərliyinə qarşı nədən qərəzli və qəzəbli olması barədə olduqca mötəbər məlumatlar əldə edib.

Həmin məlumata görə, Vəkillər Kollegiyası üzvlüyünə təxminən bir il öncə keçirilən qəbul zamanı Allahverdi İsmayılov Azərbaycanda fəaliyyət göstərən xəbər portallarının birinin baş redaktoru vasitəsi ilə qurumun rəhbərliyinə minnətçi düşüb. O, xahiş edib ki, imtahanlarda iştirak edən və yaxın qohumu olan (ya qardaşı, ya da bacısı oğludur) bir hüquqşünasın kollegiya üzvlüyünə qəbul edilməsi üçün şərait yaradılsın.

VK rəhbərliyi imtahanlara müdaxilə etməyəcəklərini, şəffaflıq və ədalət prinsiplərinə xələl gətirməyəcəklərini bildirərək həmin xahişə belə cavab verib ki, əgər qohumunun savadı çatırsa, buyursun, sınaqdan keçsin, əks halda, biz ona heç bir köməklik göstərməyəcəyik. İmtahanın nəticələri elan ediləndə isə məlum olub ki, yaxın qohumu da elə Aslan İsmayılov kimi savadsızdır.

Bu olaydan sonra Aslan İsmayılov yenə də həmin baş redaktor vasitəsi ilə VK rəhbərliyinə xəbər göndərib və ultimativ şəkildə bildirib ki, bundan sonra həmin quruma qarşı əks-təbliğat aparacaq. Lakin onun bu ultimatumu kollegiya rəhbərliyi tərəfindən təbəssümlə qarşılanıb.

Onu da qeyd edək ki, Allahverdi İsmayılovun ayrı-ayrı vəzifəli şəxsləri şantaja məruz qoyması birinci hal deyil. Bu yaxınlarda o, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi də öz yaxın qohumuna müavinət almaq üçün şantaj etmişdi.

E. Ramiz

AzNews.az