Dəyişdirilmiş Avropa Sosial Xartiyasının daha iki maddəsinin ratifikasiyası istiqamətində işlər aparılır Dəyişdirilmiş Avropa Sosial Xartiyasının daha iki maddəsinin ratifikasiyası istiqamətində işlər aparılır

Nazir Zoltan Hernyeş ilə görüşdü

Dəyişdirilmiş Avropa Sosial Xartiyasının daha iki maddəsinin ratifikasiyası istiqamətində işlər aparılır

AzNews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyeş ilə nazirlikdə keçirilən görüşdə ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verib.

S.Babayev Avropa Şurasının Sosial Müdafiə üzrə Qarşılıqlı İnformasiya Sistemi (MİSSCEO) üzrə məlumat mübadiləsinin həyata keçrilməsi sahəsində görülmüş işləri qeyd edib. O, Azərbaycanın Avropa Şurasının insan hüquqları ilə bağlı mühüm sənədlərini ratifikasiya edən bir ölkə olduğunu deyib.

Nazir Şura çərçivəsində regional beynəlxalq müqavilə olan Dəyişdirilmiş Avropa Sosial Xartiyasına da ölkəmizin hələ 2001-ci ilin oktyabr ayında qoşulduğunu bildirib. O, ötən dövrdə Xartiyanın əmək, kollektiv müqavilələr bağlamaq, uşaq və gənclərin müdafiəsi, ailənin sosial, hüquqi, iqtisadi müdafiəsi, cinsi ayrı-seçkiliyə məruz qalmadan məşğulluq sahəsində bərabər imkanlar və s. ilə maddələrinin ratifikasiyası sahəsində mühüm işlərin aparıldığını diqqətə çatdırıb. Bununla bağlı ölkə hesabatlarının təqdim olunduğunu bildirən nazir hazırda Xartiyanın daha iki maddəsi üzrə ratifikasiya işlərinin də aparıldığını qeyd edib.

Z.Hernyeş ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatları maraqla izlədiyini deyib, Dəyişdirilmiş Avropa Sosial Xartiyasının maddələri üzrə aparılan ratifikasiya işlərindən məmnunluğunu ifadə edib.

Səidə Vahid
AzNews.az