- Göz önü
- 9 Dekabr 2020 18:19
- 4 201
Ərdoğan Bakıdadır - Fotolar
Türkiyə Prezidentini rəsmi şəxslər qarşılayıblar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 9-da Azərbaycana rəsmi səfərə gəlib.
AzNews.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.