"Nəcməddin Sadıkov baş leytenant olan vaxtdan Qarabağdakı döyüşlərdə iştirak edib" "Nəcməddin Sadıkov baş leytenant olan vaxtdan Qarabağdakı döyüşlərdə iştirak edib"

Siyavuş Novruzov Nəcməddin Sadıkovdan danışdı

"Nəcməddin Sadıkov baş leytenant olan vaxtdan Qarabağdakı döyüşlərdə iştirak edib"

Modern.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Musavat TV-nin canlı yayımında deyib.

S.Novruzov məhkəmə qərarı olmadan Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıkovla bağlı ittihamlar barədə heç bir söz deyə bilməyəcəyini qeyd edib:

"Onun haqqında məhkəmə hökmü olmasa, heç birimiz söz deyə bilmərik ki, rüşvətxordur, korrupsionerdir, agentdir, xaindir və s. Axı mən hardan bilim? Mən deyə bilmərəm. 3 adam çağırın, gəlsinlər cavab versinlər ki, harada görmüsən onun xainliyini? Cavab verə bilməyəcək".