- Göz önü
- 1 İyun 2022 17:25
- 9 144
Söyüş müxalifətinin həyat faciəsi
Burada deyillər ki , hamı quş gətirdi, Mirzəli bayquş gətirdi...
Məhəmməd Mirzəlinin ən yeni müraciətini onun "videodahiliyinin " bəlkə də son nümunəsi adlandırmaq daha doğru olardı. O mənada son nümunə yox ki, o bir daha canlı efirdə olacam deyib yekə-yekə danışmayacaq .Belə "öyrənmişlərin" tövbə qapısının olmadığını, onun kimilər üçün qapı və pəncərələrin arasında fərqlərin silinib getdiyini hamı bilir. O mənada son nümunə ki, hələ idiyədək onun bu dərəcədə özünü ifşa edib ayaqlar altına yapışdıran "videodahiliyi"olmamışdı.
Adamın Rövnəq Abdullayevlə məhkəmə çəkişməsinə vəkil tutmaq üçün xalqdan pul istədiyi müraciətinə qulaq asmaq kifayətdir ki, xaricdə pullu siyasi sifarişçilərin arasında əldən -ələ ötürüldükcə onun olan-qalan simasını da necə itirdiyinin şahidi olasan. Bu "dahiyanə videomüraciət" Mirzəli bəyin Azərbaycanda polisin qabağında şoular düzəltməkdən başlamış xaricdə özü kimi vətənsiz hissiyyatsızları alıb-satanların əlində oyuncağa necə çevrilməsinə qədər hər şeyi açıb tökür. Bəlli olur ki, xaricə mühacirət edərək özünü təqib olunan “qəhrəman” kimi göstərmək üçün polislərə qarşı necə əllaməliklər edib. Bəlli olur ki, Azərbaycanı vurmaq üçün fürsət gözləyən xaricdəki bəlli adamlar, ilk növbədə erməni lobbiçiləri Mirzəli kimi ucuz alqı-satqı əşyalarını hansı siyasi ticarət texnologiyaları ilə tora salıblar. İnanmayanlar da olacaq ki, Mirzəli kimi özündən deyən belə "videomüraciət dahiləri" bu kimi oyunlardan niyə zamanında baş çıxarmayıblar. Baş çıxara bilərdi, fəqət doğulduğu vətənə, mənsub olduğu xalqa bu qədər kin küdurət püfləməyin əvəzində azacıq zəkaya sahib ola bilsəydi ....
Mirzəli kimi "zəkasız ət yığınları və sür-sümüklər" onu xaricdə gözləyən ermənilərin tələsinə asanlıqla düşürlər. Əvvəlcə aylıq yaşayış üçün müəyyən məbləğ ayırır, bura azad ölkədir, bir yutub kanalı da açaraq öz "amallarını" təlqin də edə bilərsən deyirlər. Çoxlu sayda izləyicilər toplamalısan ki, özün yutubda pul qazanaraq daha kimdənsə asılı olmayasan kimi tövsiyyələr verir, "yeli və beli" Mirzəlinin əlinə dürtüşdürərək onu məhvə aparan yolun başına çıxarıllar. Hansı oyunların alətinə çevrildiyinin fərqinə vara bilməyən zavallı Mirzəli həmin gündən hər şeyini-vətəni, xalqı, ailəsini sataraq yutub izləyicilərinin saatbasaat sayını artırmaq işinə qurşanır. Dəm verir söyüş və təhqirlər dolu mədəniyyətsiz bir fəaliyyət üslubuna... Bir vaxt ayılır ki, ilk vaxtlar ona az-çox həvəslə baxan tamaşaçılar ondan sürətlə üz döndərir, onun üstündə yutub oyunu quran oyunbaz erməni sponsorlar isə özünü doğrultmayan "Mirzəli layihəsinin" pulunu kəsib, xalqdan qəpik-qəpik "vəkil pulu" dilənmək gününə düşüb, dünənə kimi guya yolunda özünü fəda etdiyini dediyi xalqı təhqir etməyə başlayıb.
Sponsorlar pulu kəsən kimi Mirzəli oxşar vəziyyətdə "nümunə yaratmış" Qənimət Zahidsayağı üsullarla Azərbaycandakı tək-tək məmurları pul qoparmaq üçün şantaj etməyə başladı, hətta bu hədəflərini vurmaq üçün yeri gələndə Eldar Həsənov, Mübariz Mənsimov kimi məmurluğu, biznesmenliyi, ya diplomatlığı bilinməyən marginalların da sifatişlərinə həvəslə baş əydi. Burada da üzü daşlara dirəndi. Azərbaycanda səviyyəli və tənqidi media peşəsi inkişaf etdikcə Mirzəlinin bazarı daralmağa başladı. Başqa cür ola da bilməzdi ki... Zəkalı və faktoloji tənqidi qoyub Mirzəlinin səviyyəsiz yaradıcılığına insanların marağı nə qədər uzana bilərdi ki.....
Bax burda məlum oldu ki, guya 300 min baxıcısının olduğu ilə öyünən Mirzəli "boş boçkadan" başqa bir şey deyilmiş. Hadisələrin öz axarı ortaya qoydu ki, Mirzəlinin 300 minlik abunəçisi əslində feyk profillər əsasında yaradılmış miskin yalançıar ordusu imiş.
Az qala ilan dili çlxararaq yalvaran Mirzəliyə bu 300 min abunəçinin hərəsi bircə manat atsaydı, nəinki vəkilə, hətta bütün vəkillər kollegiyasına yetəcək qədər pul yığılardı. Ancaq özü də etiraf etdi ki, heç kim pul vetmədi. Demək 300 min abunəçi adı ilə uzun illər xalqı tovlayıb, əslində xalq və cəmiyyətin Mirzəli kimilərə heç bir bağlılığı yoxdur, Mirzəli pul istədikcə bu xalq ona gülür, göstərir ki, ona Mirzəli kimilər heç lazım deyil...
Başa düşmək çox sadədir ki, Mirzəli bir vaxtlar öz dediyi kimi, qəhmər çıxdığı xalqı niyə Rövnəq kimi məmurlara sərgilədiyi eyni aqressivliklə təhqir edir. Məsələn, deyir ki, mən ağır gündə xalqa qəhmər çıxdım. Baxın, Avropada ingilisə, fransıza, erməniyə bir qarın çörəyə satılacaq qədər miskin günə düşmüş biri Azərbaycan xalqına qəhmər çıxır. Absurd .....Xalq bu “qəhmər”liyi ondan təbii ki, xahiş etməmişdi... Bu isə absurddan əlavə həm də "yuyulmamış qaşıq”lıqdı. Sabirin dövründə necə idisə, elə də qalıb deyərək xalqı qədirbilməzlikdə ittiham edən Mirzəli "bəy " eynilə dünən Rövnəqi təhqir etdiyi rənglərdən daha qatı və ifrat formada xalqı təhqir edir. Xalqdan Sabirin dövründəkindən fərqli qaydada kamilləşmə umduğu halda özünün nə qədər cahil, kütbeyin və nadan biri olaraq qaldığının fərqinə varmır. Varsaydı ən azı bilmiş olardı ki, Avropa kimi sivil mühitdə illərlə yaşayandan sonra da tərbiyəsiz söyüşlərdən uzağa getməyən birisi kimi qalmaq ən sonuncu adam olmaq deməkdir. Avropa mühitində bu illər ərzində yüksək mədəniyyət,elmə söykənən biliklər, normal ailə-uşaq sahibi olanlar, diplom qazananlar hara, iyrənc bir söyüş mexanizminə çevrilmiş Mirzəli hara ....Burada deyillər ki , hamı quş gətirdi, Mirzəli bayquş gətirdi...
Beləsinin xalqın boynuna minnət qoymasının heç bir adı və məntiqi yoxdur. Bir həsir, bir Məmmədnəsir səviyyədə qalmış bu Mirzənəsirə xalqın nə borcu ola bilər ki...Mirzəlinin miskin yalvarışlarla pul istəməsinə bir manat da olsa dəstək vermıyən xalq hansı məntiqlə təhqir oluna bilər?! Bu həmin xalqdır ki, televiziyada bir ağır dərdlinin müalicə çağırışlarına qoşularaq 3-4 milyon pul toplayır... Sadəcə bu xalq həqiqi müalicəyə ehtiyacı olanlardan öz xeyriyəçiliyini, mərhəmətini əsirgəmir... Mirzəli kimi müalicə olunmaz xəstəlik daşıyıcılarının isə işi bu xalqlıq deyil....
Mirzəlinin bu sözləri isə adamı "ağlayaq, ya gülək?" sualı ilə əsil dilemmaya salır. Xalqa xitabən deyir ki, sənin belə qədirbilməz olduğunu bilsəydim,əvvəldən başımın çarəsini qılardım,mənə təklif olunan pulları alıb kənara çəkilərdim, indi kim nə təklif etsə alacam ...Özünü satmağa hazırlaşan bir adamın faciəsi... Həm də ovqat elə köklənib ki,istənilən qiymətə, istənilən adama, hətta erməniyə, rusa, yunana belə satılmağa hazır görünür. Sabah Avropanın küçələrində boynundan “mən qədirbilməz Azərbaycan xalqının acığına özümü hamıya satıram" yazılmış lövhə ilə gəzən Mirzəlini görsəniz təəccüblənməyin...Axı özü açıq deyir ki, kim nə versə alacam....Ancaq təəssüf ki, heç kimə şərəf və ləyaqət paylamırlar....
İlyas Zülfü