Baş redaktor BDU-nun Hüquq fakültəsinə qəbul olundu

Taleh Şahsuvarlı yenidən tələbə oldu

'Bütün ağlım, hissim və həyacanım Zəngəzurda, Ordumuzun yanındadır. 50 cəsur, qəhrəman Vətən övladını ana torpağa tapşırırıq, param-parçayam. Ancaq milli mübarizə və müqəddəs savaş davam edir. Daha böyük qələbələr naminə öz üzərimizdə çalışmalı, yaşımızdan asılı olmayaraq təhsilimizi inkişaf etdirməliyik. Bu gündən Bakı Dövlət Universiteti nin Hüquq fakültəsinin tələbəsiyəm. BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin bakalavr və magistr pillələrini bitirmişəm. Daha bir təhsilimi hüquq üzrə alacam. Vətənə xeyirli-uğurlu olsun!'

Bu sözləri AzNews.az analitik-informasiya portalının Baş redaktoru Taleh Şahsuvarlı özünə məxsus Facebook səhifəsində yazıb.

Taleh Novruz oğlu Şahsuvarlı 10 mart 1977-ci ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olub. Bakı şəhəri, Yasamal rayonu 20 saylı məktəbin və BDU-nun Tarix fakültəsinin nəzdindəki Respublika Tarix Liseyindən məzun olub. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində fəlsəfə üzrə bakalavr, fəlsəfə tarixi üzrə magistr təhsili alıb. Yenidən tələbə adını qazanan və BDU-nun Hüquq fakültəsində təhsil alacaq Taleh Şahsuvarlı 2004-2005-ci illərdə zabit kimi hərbi xidmətdə olub. İkinci Qarabağ Savaşında iştirak edib və "Ağdamın azadlığı uğrunda" medalı ilə təltif edilib. 1995-ci ildən jurnalistika sahəsində fəaliyyət göstərir və Azərbaycan mətbuat tarixində ən gənc baş redaktor olub. ABŞ-da "İctimai siyasət" üzrə xüsusi kurs keçib. Hazırda AzNews.az analitik-informasiya portalına rəhbərlik edir. DİN yanında İctimai Şuranın üzvüdür. Bir neçə kitab müəllifidir.