- Göz önü
- 20 Sentyabr 2023 17:24
- 6 417
Hikmət Hacıyev: “Qarabağdakı erməni hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu”
“Qarabağdakı erməni hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunun təmiri reinteqrasiyanı vəd edir: "Ancaq Qarabağdakı erməni hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu. Ona görə də Azərbaycan Ordusu məhdud, lokal antiterror tədbirləri keçirməli oldu. Azərbaycan Ordusu həssaslıqla davrandı, mülki obyektlərə zərbə endirmədi”.