- Göz önü
- 12 Avqust 2024 13:02
- 5 263
Vətən Müharibəsi Qəhrəmanı: “Azad edilmiş ərazilərdə ilk dəfə Milli Məclis seçkilərinin keçirilməsi bizi çox qürurlandırır”
“Qalib ölkə olaraq bütün ərazilərimizdə ilk dəfə parlament seçkilərinin keçirilməsi bizi çox qürurlandırır”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə deyib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə artıq insanlarımız yaşayırlar və onlar ilk dəfə olaraq parlament seçkiləri üzrə öz doğma torpaqlarında səs verəcəklər. “Bu bizim üçün çox fəxredici bir hadisədir. İllər əvvəl biz o torpaqlara gedə bilmirdik, amma indi həmin ərazilərdə üçrəngli Azərbaycan bayrağı dalğalanır, ilk dəfə parlament seçkiləri keçirilir. Bu bizim üçün çox sevindirici haldır. İndi şəhidlərimizin də ruhu şaddır ki, onların azadlığı uğrunda canlarından keçdiyi torpaqlar azaddır”.