- Göz önü
- 16 Avqust 2024 13:31
- 6 304
Xidmət rəisi: "Cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında əlverişli seçki mühiti yaradılıb"
"Cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında əlverişli seçki mühiti yaradılıb". “Seçki 2024” Müstəqil Media Mərkəzinin məlumatına görə, bunu ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov rəhbərlik etdiyi qurumda keçirilən seminar-müşavirədə deyib.
O, Azərbaycanın seçki qanunvericiliyinin vətəndaşların konstitusion hüquqlarının azad şəkildə reallaşdırılmasına tam təminat verdiyini vurğulayıb.
Nazir müavini xidmətin tabe qurumlarında səsvermənin yüksək səviyyədə təşkil olunması və şəffaf keçirilməsi istiqamətində ədliyyə naziri Fərid Əhmədovun tapşırıq və tövsiyələrini diqqətə çatdırıb, səsvermə yerlərinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması işlərinin həyata keçirildiyini bildirib.
Xidmət rəisi qeyd edib ki, ölkə üzrə bütün digər seçki məntəqələrində olduğu kimi, tabe qurumlarda da əlverişli seçki mühiti yaradılıb.