- Göz önü
- 9 Yanvar 18:29
- 4 030
“Azərşəkər”in sabiq rəhbərinə cinayət işi açıldı
“Azərşəkər” MMC-nin İdarə Heyətinin keçmiş sədri Anar Mehdiyev barəsində cinayət işi başlanıb.
İstintaq materiallarına əsasən, Anar Mehdiyev xüsusilə külli miqdarda - 500 min manatdan artıq vəsaitin mənimsənilməsində ittiham olunur.
Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməyib, əvəzində polis nəzarətinə verilib.
Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır. İstintaqın gedişi və digər detallarla bağlı əlavə məlumatın verilməsi gözlənilir.
Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilədək “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. O, eyni zamanda nizamnamə kapitalı 1 milyon manat olan “Dastan Agro” MMC-nin qanuni nümayəndəsidir. Maraqlıdır ki, hazırkı cinayət işi üzrə həm “Azərşəkər”, həm də “Dastan Agro” zərərçəkmiş qismində tanınıb.
Cinayət işi üzrə xüsusilə ağır əməllərdə təqsirləndirilənlər arasında Anar Mehdiyevlə yanaşı Ruslan Ələsgərov və Əvəz Süleymanov da var. Hər üç şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
AzNews.az