- Göz önü
- 26 Fevral 23:34
- 2 564
Ukraynaya qarşı muzdlu kimi döyüşən Vahid Qədim itkin düşüb
“İddiaya görə, Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun tərkibində döyüşlərə qoşulan, əslən azərbaycanlı, meyxanaçı kimi tanınan Vahid Qədim Luqansk istiqamətində gedən döyüşlərdə itkin düşüb”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında yazıb.
“Rusiyada yaşayan dostunun məlumatına görə, Vahid Qədim sonuncu dəfə 20 gün öncə əlaqə saxlayıb, Luqansk istiqamətinə getdiklərini bildirib və ondan sonra onunla əlaqə kəsilib.
Bir müddət öncə KİV-də məlumat yayılmışdı ki, meyxanaçı Vahid Qədim Rusiyada sevgilisini bıçaqlayıb”, - deyə o əlavə edib.
Qeyd edək ki, V.Qədimin Moskvada sevgilisinə bıçaqla xəsarət yetirdiyi və bunun üçün saxlanıldığı haqda xəbərlər yayılmışdı.
Moskvada həmkarı Mehman Əhmədli onunla bir araya gələrək yayılan xəbərləri təkzib etmişdi.
AzNews.az