Tanınmış aktrisa: “Bu, mənim həyatım...”

"Bilirəm ki, münasibətimizdə müəyyən fərqlər var”

Türkiyənin məşhur aktrisası Hazar Ergüçlü, siması olduğu markanın təqdimatı üçün “Sofa Otel”də media nümayəndələrini bir araya toplayıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, təqdimatda digər suallarla yanaşı, aktrisa özündən 19 yaş böyük sevgilisi Onur Ünlü ilə münasibəti ilə bağlı suallara da açıqlama gətirib: “Bu, mənim həyatım... bilirəm ki, münasibətimizdə müəyyən fərqlər var”.

Qeyd edək ki, Ergüçlü, Ünlü ilə evliliklə bağlı hələ ki, danışmadıqlarını da vurğulayıb.

Səidə Vahid
AzNews.az