- Üçüncü sektor
- 1 Mart 2019 11:17
- 7 164
İbrahim Tatlısəsdən aktrisaya otel otağında əxlaqsız təklif: Məni yatağa... - VİDEO
"Ondan çox xoşum gəlirdi. Lakin birlikdə olmaq istəmədim".
Türkiyənin məşhur aktrisası Deniz Akbulut müğənni İbrahim Tatlısəs haqqında qalmaqallı açıqlamalar verib.
AzNews.Az xəbər verir ki, o, illər əvvəl İbrahim Tatlısəsin ona otel otağında etdiyi təklifdən danışıb. Müğənni bu barədə Kanal D-də yayımlanan "2-ci sayfa" proqramında bəhs edib:
"İllər əvvəl bir neçə məşhurla bərabər Bursaya getmişdik. Hər kəs oteldə öz otağına yerləşmişdi. Birdən telefona zəng gəldi və məni İbrahim Tatlısəsin çağırdığını söylədilər. Mən bir qədər düşünəndən sonra aşağı mərtəbəyə onun otağına getdim. Keçib yatağın kənarında oturdum. Mənə dedi ki, səndən çox xoşum gəlir. Sonra məni yatağa itələdi. Mən onun üzünə sığal çəkib, saqqalının çıxdığını söylədim. O isə tez adamlarına üzünü qırxmaq üçün ülgüc gətirmələrini söylədi. Mən də bu zaman öz otağıma qalxdım və bir daha da geri qayıtmadım. Ondan çox xoşum gəlirdi. Lakin birlikdə olmaq istəmədim. Bundan sonra o, küsüb Bursadan getdi".
Aynur
AzNews.Az