Türkiyənin iki məşhuru dalaşdı - Səbəb

Demet Akalının qardaşı TV8 telekanalından qovulub.

Türkiyənin TV8 telekanalının rəhbəri Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı və məşhur müğənni Demet Akalın dalaşıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Demet Akalın qardaşının TV8-də işdən qovulmasının günahını Şeyma Subaşıda görüb.

İnstagramda şou xəbərlər paylaşılan səhifədə Acun Ilıcalının xəbərinə rəy yazan Demet qardaşının işdən qovulmasına səbəb kimi Şeyma Subaşının adını çəkib.

Hər iki məşhur mübahisələrinə İnstagramda davam edib.

Nigar CƏFƏR

AzNews.az